Xatırladaq ki, “hərbçilər” Seyxanın yerinə alternativ futbolçu tapa bilməyəcəklərini və onunla müqavilə müddətinin hələ başa çatmadığını əsas gətirərək, bu keçiddən imtina edib.
Mövzu ilə bağlı MOİK-in baş məşqçisi İlham Yadullayevin də fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:
“Seyxanın klubumuzla müqaviləsi hələ qüvvədədi. Bu gün nəinki onun, hansısa futbolçunun komandadan göndərilməsi müzakirə olunmur. Qalan məsələlər isə klubdaxilidi. Bunu açıqlamağa ehtiyac yoxdu”.
İlham bəy başverənlərin “İmişli”nin formasını geymək istəyən Seyxanın psixoloji durumuna mənfi təsir edib-etməyəcəyi haqda bunları dedi:“Onun performans səviyyəsinin aşağı düşməsindən, psixoloji problem yaşamasından çəkinmirik. Ona görə ki, belə çatışmazlıq ortaya çıxmayacaq. Seyxan MOİK-in futbolçusudu və müqavilə müddəti başa çatana qədər bizlə olacaq. Bu barədə özü ilə danışmışıq”.
Xatırladaq ki, adı çəkilən futbolçunun MOİK-lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.KƏNAN BAHADIR