AZ

"Bəzən valideynlər uşaqlarına qoyduqları adların mənalarını bilmirlər"VİDEO

2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.

Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).

Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli bildirir ki, adlar bir millətin kimliyi, tanınma nişanıdır. Onun sözlərinə görə, valideynlər uşaqlarına ad verərkən tələsməməli, diqqətli yanaşmalıdırlar. Çünki bəzən onlar övladlarına qoyulan adların mənalarını da bilmirlər.

Baba Məhərrəmlinin sözlərinə görə, "ASAN xidmət" vasitəsilə adını dəyişdirmək istəyən bəzi şəxslərin müraciətləri qəbul edilməyib.

Baba Məhərrəmli onu da bildirdi ki, əvvəllər xüsusilə Bakı kəndlərində aktual olan Balaqədeş, Baladadaş, Ağadadaş adları isə son dövrlərdə sıradan çıxıb.

Qeyd edək ki, son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
99
xezerxeber.az

1Mənbələr