AZ

Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbulunda çox böyük fəallıq göstərib

BAKI, 5 yanvar. TELEQRAF

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi.

Teleqraf xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlətimizin başçısı bildirib.

Seçilən
46
37
teleqraf.com

10Mənbələr