AZ

Ata öldü, oğlu ölkənin ən varlı adamı oldu

Türkiyənin ən varlı iş adamlarından olan Ali Metin Kazancı 91 yaşında vəfat edib. Üç gün əvvəl dünyasını dəyişən biznesmendən övladlarına 2,3 milyard dollarlıq sərvət qalıb. Metbuat.az xəbər verir ki, mərhumun oğlu Şaban Cemil Kazancı atasından qalan mirasın sayəsində varidatını 5,3 milyard dollara çatdırıb. Beləliklə, o, Türkiyənin ən varlı iş adamı olan Murat Ülkeri arxada qoyaraq, siyahıda birinci yerdə qərarlaşıb.

Hazırda mərhum Ali Metin Kazancıdan qalan mirasın övladlarına ötürülməsi üçün hüquqi prosedur davam edir.

Seçilən
32
metbuat.az

1Mənbələr