Vətən müharibəsi şəhidi Murtuz Abbasovun Çingiz Abbasov vəfat edib.
Modern.az-ın məlumatına görə, Çingiz Abbasov Lerik rayonunda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilan döyüşləri zamanı Mincivan istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub.
Mail Ağaxanov