AZ

İki qadın, bir Tramp: Maçado niyə ABŞ prezidentinin seçimi olmayacaq?..

Venesuela böhranı təkcə müxalifətin zəif tərəflərini deyil, həm də Amerika siyasətinin sərhədsiz ikiüzlülüyünü üzə çıxarıb...

Poliqon xəbər verir ki, Der Spiegel nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp artıq özü üçün daxili seçimini edib və bu seçimdə Venesuela müxalifətin7n lideri Mariya Korina Maçadoya yer yoxdur.

Bu, legitimlik məsələsi deyil, seçkilərlə bağlı mübahisə də deyil, hətta ideologiya da deyil. Bu, hakimiyyət, nəzarət və şəxsi münasibət məsələsidir. Maçado Tramp üçün həddindən artıq gur səslidir, həddindən artıq müstəqildir, həddindən artıq “əxlaqi” fiqurdur. Və daha da önəmlisi, o, tabe fiqur deyil, simvol olmağa cəsarət edib.

Mariya Korina Maçado: Çirkli razılaşma üçün həddindən artıq təmiz siyasətçi

Mariya Korina Maçado,  Nobel mükafatı laureatı, Nikolas Maduro rejiminə qarşı müqavimətin simvolu, ədalətə, məhkəməyə və tarixi məsuliyyətə çağıran fiqurdur. O, açıq şəkildə rejim nümayəndələrinin gələcəkdə mühakimə olunmasından, korrupsiya və repressiyalara görə cəzalandırılmasından danışıb.

Der Spiegelin fikrincə, Tramp üçün “qırmızı xətt” məhz buradan keçir. Belə proqram “idarəolunan keçid” anlayışı ilə uyğun gəlmir. Bu yanaşma elitaları, ordunu, xüsusi xidmətləri təhdid edir və deməli, ABŞ-nin üzərində qazanc qurmaq istədiyi sabitliyi risk altına alır.

Bundan başqa, Maçado fatal siyasi səhv edib: o, özünü bərabər mövqedə təqdim edib. Onun simvolik şəkildə Trampla əlaqələndirdiyi Nobel mükafatı Tramp üçün hədiyyə deyil, Maçadonun mənəvi kapitalının onunkundan daha yüksək olması barədə xatırlatma idi. Siyasəti sədaqət iyerarxiyası kimi qəbul edən insan üçün bu, demək olar ki, şəxsi təhqirdir.

Tramp və praqmatizm adı altında təqdim olunan intiqam
Der Spiegelin təsvirinə görə, Mar-a-Laqoda Tramp açıq şəkildə soyuq davranıb. O, Maçadonu “xoş bir qadın” adlandırıb, lakin dərhal əlavə edib ki, onun Venesuelaya rəhbərlik etmək üçün kifayət qədər dəstəyi və hörməti yoxdur. Bu formul alçaldıcı idi və eyni zamanda son dərəcə nümayişkəranə idi.

Bu, təhlil yox, hökm idi. Əslində Tramp açıq mesaj verdi: sən simvol olduğun müddətdə faydalı idin. İndi isə maneəsən.

Bu kontekstdə Maçadodan imtina sadəcə praqmatik deyil, demək olar ki, istehzalı görünür. Qeyri-şərtsiz sədaqətə öyrəşmiş bir siyasətçi öz tarixi roluna iddia edə bilən fiqurlara dözmür.

Maçadonun antipodu: Niyə Rodriges daha uyğundur?

Digər qütbdə Delsi Rodriges dayanır. Qəhrəman deyil, simvol deyil, ikons deyil. Sistem adamıdır. Der Spiegelin fikrincə, məhz bu xüsusiyyət onu Vaşinqton üçün potensial olaraq qəbulolunan edir. Rəsmi prezident kimi yox, amma əlaqə qurula biləcək mümkün keçid fiquru kimi Rodriqes Tramp üçün daga uyğundur.

Rodriges məhkəmələrdən danışmır, aparatı tanıyır, bizneslə danışıqlar aparmağı bacarır, sanksiyalar şəraitində məhdud bazar islahatları həyata keçirib. O, elitaları təhdid etmir, onların bir hissəsidir. Məhz buna görə, Der Spiegelin ehtimalına əsasən, onun adı Amerika hesablamalarında çəkilir.

Vurğulamaq vacibdir ki, söhbət Rodrigesin prezident kimi tanınmasından və ya seçkilərdə “qələbəsindən” getmir. Bu, Trampın demokratiya bəyanatlarına məhəl qoymadan seçim etmək imkanı olsaydı, kiminlə işləməyi daha rahat sayacağına dair versiyadır.

Rəsmi formulalar bir şeydir, real məntiq isə başqa
Rəsmi olaraq Rodriges bu cür ssenarilərə işarələri rədd edib və bildirib ki, Venesuelanın bir prezidenti var — Nikolas Maduro. Formal baxımdan hər şey yerində qalır. Lakin Der Spiegelin qeyd etdiyi kimi, Vaşinqtonun xarici ritorikası ilə real gözləntiləri üst-üstə düşməyə bilər.

Tramp üçün əsas olan neftdir, investorların təhlükəsizliyidir və xaosun olmamasıdır. Bu baxımdan Maçado təhlükəlidir, Rodriges isə proqnozlaşdırılandır.

Seçim qadınlar arasında deyil, rollar arasındadır

Nəticə etibarilə bu, iki qadın haqqında hekayə deyil. Bu, Trampın yanında kimi dözə biləcəyi barədə hekayədir. Müstəqil, mənəvi cəhətdən güclü və açıq fiqur olan Maçado onun seçimi olmayacaq. Çünki onda nəzarət altına alınması mümkün olmayan həddən artıq çox cəhət var.

Və Der Spiegelə inanmaq olarsa, məhz buna görə o, Amerika hesablamalarında siyahıdan çıxarılıb — nə seçkilərə görə, nə də dəstəyə görə, sadəcə Donald Tramp özünü “rahat alət”dən daha böyük görməyə cəsarət edənləri bağışlamadığı üçün.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr