“Sabah” müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. 33 yaşlı müdafiəçi klubun tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
“Araz-Naxçıvan”ın yeni baş məşqçisinin köməkçiləri bəlli olub
“Ağ-qaralar”da gözlənilməz ayrılıq - “Neftçi”nin ulduzu Braziliyaya gedir?
“Zirə” Ukrayna klubu ilə qarşılaşacaq
"Neftçi"nin futbolçusu zədələnib: 1 ay oynamayacaq
"Çelsi"nin yeni baş məşqçisi bəlli olub