AZ

Marneulidə silahlı hücum zamanı yaralanan azərbaycanlı açıqlama verdiVİDEO

Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələnib.

Xezerxeber.az-ın məlumatına görə, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında qızıl mağazasında silahlı insident yaşanıb.

Ağır xəsarətlər alan ata və oğul hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar. Xəsarət almış Tamaz Bayramovun vəziyyəti stabil olsa da, yaralanan oğlu - 27 yaşlı Sahib Bayramov xəstəxanada dünyasını dəyişib.

Tamaz Bayramov hadisəni kriminal aləmin üzvləri ilə əlaqələndirir. Onun sözlərinə görə, silahlı basqından bir neçə gün öncə onlarla əlaqə saxlanılıb və pul tələb edilib.

Qohumlarının məlumatına görə, öldürülən şəxs 8 ay öncə ailə həyatı qurubmuş.

Qeyd edək ki, faktla bağlı Gürcüstan polisi araşdırma aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
72
xezerxeber.az

1Mənbələr