AZ

Netanyahu Knessetdəki çıxışında Azərbaycanı işarə etdi

İsrailin baş naziri Binyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib ki, İranda etirazlar təkcə Tehranla məhdudlaşmır, ölkənin müxtəlif bölgələrinə yayılır.

“İlam, Şiraz və Qum şəhərlərində gənclər “rejimə bağlı silahlı qruplara” qarşı ayağa qalxıblar və bu prosesin İran daxilində daha da genişlənəcəyi gözlənilir. O deyib ki, İran xalqları 100 ildən çox əvvəl əllərindən alınan müstəqilliklərini bərpa etməyə doğru gedir”.

NOCOMMENT.az xəbər verir ki, buradakı “100 ildən çox əvvəl” ifadəsi Pəhləvi dövrünü yox, Qacarlar dövründəki Azərbaycanı və onun siyasi-subyekt statusunu nəzərdə tutur. O dövrdə Təbriz və Azərbaycan faktiki dövlət idarəçiliyində mühüm rol oynayırdı, daha sonra mərkəzləşdirilmiş Pəhləvi rejimi ilə bu status itirildi.

İsrailin baş naziri çıxışında xəbərdarlıq edib ki, İsrail İrandan hücuma məruz qalarsa, bunun nəticələri ağır olacaq. Belə bir ssenari dünya nizamı və beynəlxalq sərhədlərin dəyişməsinə səbəb ola bilər və artıq heç nə əvvəlki kimi olmayacaq.

Seçilən
72
nocomment.az

1Mənbələr