"Brentford"un hücumçusu İqor Tiaqo Premyer Liqanın son turunda "Everton" üzərində qazanılan 4:2 hesablı qələbənin əsas memarı olub.
Fanat.Az xəbər verir ki, qarşılaşmada het-trik edən 24 yaşlı braziliyalı forvard Premyer Liqa tarixində bir oyunda üç qol vuran 7-ci braziliyalı futbolçu kimi tarixə düşüb.
Hazırda o, çempionatın bombardirlik yarışında 2-ci pillədə qərarlaşıb.
Cari mövsümdə yalnız "Mançester Siti"nin ulduzu Erlinq Holand (19 qol) ondan daha çox qol vurmağa müvəffəq olub.
Kamil Xudiyev