AZ

Kolumbiya Venesuela qaçqınlarını qəbul etməyə davam edəcək

Kolumbiya ABŞ-ın zərbələri səbəbindən ölkədən qaçmağa məcbur olan Venesuela vətəndaşlarını qəbul etməyə davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiyanın BMT-dəki səfiri Leonor Salabata Torres BMT Təhlükəsizlik Şurasının Venesueladakı vəziyyətlə bağlı iclasında bildirib.

Kolumbiya nümayəndəsi xəbərdarlıq edib ki, bu cür hərəkətlər Venesueladan kütləvi şəkildə köçə və regionda mənfi tendensiyaların inkişafına səbəb ola bilər.

Onun sözlərinə görə, bu hadisələr bütövlükdə regiona mənfi təsir göstərir və Venesuela sərhədlərindən kənara çıxır. O, Kolumbiya da daxil olmaqla, regiondakı ölkələrin birbaşa təsirləndiyini vurğulayıb.

Salabata Torres qeyd edib ki, Kolumbiya hakimiyyəti Venesuela ilə həmsərhəd ərazilərdə mülki şəxslərin qorunması və sabitliyin təmin edilməsi üçün proaktiv tədbirlər görüb və yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində miqrantlar da daxil olmaqla əhaliyə dəstək verir.

Seçilən
61
ucnoqta.az

1Mənbələr