AZ

Bakıda bina tikintisi zamanı yaxınlıqdakı evə ziyan vurulduğu iddia edilirVİDEO

Yaxınlıqda aparılan tikinti işləri nəticəsində evdə çatların əmələ gəldiyi deyilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində məskunlaşan keçmiş məcbuburi köçkünün evindən gedir.

Ev sahibi Fəridə Əliyeva iddia edir ki, onun evi yaxınlıqda bina tikildiyi üçün belə təhlükəli vəziyyətə düşüb. Hətta hamamın kafeli də qopub tökülüb.

Fəridə Əliyeva deyir ki, şirkətə evin sökülməsi və ya yaşayış yeri ilə təmin edilməsi üçün müraciət etsə də, məsələ həllini tapmayıb.

Məsələ ilə bağlı tikinti aparan "İnci Park" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, ətrafda təhlükəsizliklə bağlı bütün işlər görülüb.

Digər suallarımızı isə Xətai Rayon İcra Hakimiyyətinə ünvanlamağımız məsləhət görüldü.

Xətai Rayon İcra Hakimiyyətinə də müraciət etdik, lakin suallarımıza cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
1
xezerxeber.az

2Mənbələr