AZ

Axın turisti açıq dənizə APARDI – 5 gündür AXTARILIR – FOTO/VİDEO

Murmanskda belaruslu turist açıq dənizə sürüklənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Ays-floatinq” zamanı axına düşən 57 yaşlı qadını xilas etmək mümkün olmayıb, təşkilatçı ittiham olunur.

Məlumata görə, Murmansk yaxınlığında Belarusdan olan qadın turist açıq dənizə sürüklənib. Artıq beşinci gündür ki, onu tapmaq mümkün olmur.

Hadisə “ays-floatinq” (buzlu suda üzmək) zamanı baş verib.

Bu xidmət turistlərə “relaks və yenilənmə” kimi reklam edilir: insanlar hidrokostyum geyinərək təlimatçının nəzarəti altında bir neçə saat buzlu suda üzürlər.

Lakin bu dəfə təlimatçı 57 yaşlı qadına kömək edə bilməyib. Güclü axın onu dənizin dərinliyinə aparıb.

Qadının özünün sudan çıxmaq şansı olmayıb, çünki əynindəki qalın hidrokostyum hərəkətləri ciddi şəkildə məhdudlaşdırıb.

Təşkilatçıya qarşı ehtiyatsızlıqdan ölümə səbəb olan xidmətlərin göstərilməsi maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırma zamanı məlum olub ki, istifadə olunan ekipirovka təhlükəsizlik tələblərinə cavab verməyib və onun istifadə müddəti bitmiş olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr