AZ

Venesuela böhranı qızılın qiymətini rekord həddə çatdırıb

Venesuelada artan siyasi böhran fonunda qızıl və digər qiymətli metalların qiyməti kəskin şəkildə artıb.

Qaziler.az bu barədə “Finmarket”ə istinadla xəbər verir.

Beləliklə, spot qızılın qiyməti 2,1% artaraq bir unsiya üçün 4422 dollara, fevral fyuçersləri isə 2,4% artaraq 4433,3 dollara çatıb.

Gümüş də əhəmiyyətli dərəcədə artım göstərib: spot qiyməti 3,8% artaraq 75,33 dollara çatıb ki, bu da son bir illə müqayisədə 2,5 dəfə artım deməkdir. 29 dekabrda bir unsiya üçün 83,62 dollar tarixi maksimuma çatmışdı.

Gümüş və platinin 2025-ci ildə dünyanın ən bahalı metalları olacağı barədə məlumatlar yayılmışdı. 2025-ci ilin əvvəlindən gümüş 2,4 dəfə, platin isə 2,3 dəfə, digər metal olan palladium isə 1,85 dəfə bahalaşıb.

Enerji mallarından uran 11,5% artım göstrib, dana əti isə ən bahalı kənd təsərrüfatı məhsulu olub (32%). Eyni zamanda, birja məlumatlarına görə, portağal şirəsinin (60%) və kakao paxlasının (London Fond Birjasında 54%) qiyməti 2025-ci ildə azalma olub.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr