AZ

Baş məşqçi cəmi 1 ay işləyə bildi, istefaya göndərildi

style='margin-bottom:10px;'>

Şotlandiyanın "Seltik" klubu baş məşqçisi Uilfrid Nensi ilə yollarını ayırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik mütəxəssisin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edib.

Məlumata görə, Nensi ilə yanaşı, onun köməkçiləri Kvame Ampadu, Jül Gegen və Maksim Şalyer də klubdan göndərilib. Bundan əlavə, klubun futbol əməliyyatları üzrə rəhbəri Pol Tisdeylin də vəzifəsini tərk etdiyi açıqlanıb. "Seltik" yayılan bəyanatda xidmətlərinə görə onlara təşəkkür edib.

Qeyd edək ki, Uilfrid Nensi bu vəzifəyə cəmi bir ay əvvəl, 2025-ci ilin dekabrın 4-də təyin olunmuşdu. Onun rəhbərliyi altında cəmi 8 oyuna çıxan klub bu görüşlərin 6-da məğlubiyyətlə üzləşib.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr