2026-cı ildə Qazaxıstanın Energetika Nazirliyi süni intellekt həllərini pilot mərhələdən elektrik və istilik təchizatı sektorlarında genişmiqyaslı tətbiqə keçirməyi planlaşdırır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, bura magistral boru kəmərlərində xətt daxilində diaqnostika texnologiyalarının tətbiqi, qaz sənayesində rəqəmsal xidmətlərin daha da inkişaf etdirilməsi daxildir.
Bundan başqa cari ildə pilotsuz uçuş aparatlarından istifadə edərək hava elektrik ötürücü xətlərinin süni intellekt defektoskopiyası. kompüter görmə və maşın öyrənmə texnologiyaları, 4K kameralardan istifadə olunacaq.
Akustik rezonans texnologiyasına əsaslanan istilik şəbəkələrinin robot boru içi diaqnostikası da həyata keçiriləcək. Bu həll sistemi açmadan və dayandırmadan boruların vəziyyətini qiymətləndirməsini təmin edir.
Cavid