Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniya La Liqanın 18-ci turunda “Real Madrid” “Real Betis”i 5:1 hesabı ilə məğlub edib. Oyuna sonradan daxil olan Arda Güler cəmi 13 dəqiqə meydanda qalmasına baxmayaraq verdiyi məhsuldar ötürmə ilə matçın əsas fiqurlarından birinə çevrilib.
Sherg.az xəbər verir ki, 77-ci dəqiqədə Rodriqonun əvəzinə oyuna girən milli futbolçu, 82-ci dəqiqədə Antonio Rüdigerin uzun ötürməsindən sonra topu cərimə meydançasına çatdırıb və Gonzalo Qarsiyanın qoluna asist edib. Həmin qol hesabı 4:1 edib və oyunun taleyini həll edib.
İspan mətbuatı Arda Gülerə tərif yağdırıb:
Marca: “Türk futbolçudan daha bir asist.”
AS: “Vaxtını düzgün seçdi və Gonzalonun het-trikini tamamlamasına şərait yaratdı.”
Mundo Deportivo: “Oyuna girib matçı sakitləşdirdi.”
Sport: “Oyuna təsir etdi və qələbəni möhkəmləndirən asisti verdi.”
Bu nəticə ilə “Real Madrid” xalını 45-ə yüksəldərək ikinci pillədə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.