BAKI, 5 yanvar. TELEQRAF
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Azərbaycan Güləş Federasiyası bu postu iranlı Məhəmməd Bənaya həvalə edib.
O, daha öncə yığmadan göndərilən Aleksandr Tarakanovu əvəzləyəcək.
Qeyd edək ki, Məhəmməd Bəna müxtəlif illərdə İran millisinin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında London-2012 Yay Olimpiadasında 3 qızıl medal qazanıb.