Azərbaycan I Liqa təmsilçisi "Şəfa" qış fasiləsində Premyer Liqa kollektivi "İmişli"nin futbolçusunu transfer etməyə yaxındır.
"Far.Az"un əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi bölgə kollektivinin yarımmüdafiəçisi İbrahim Əliyevi sıralarına cəlb etməkdə maraqlıdır.
Bunun üçün artıq qarşı tərəfə rəsmi təklif göndərilib. Müqaviləsinin müddəti yayda başa çatacaq futbolçunun sözləşməsinə xitam verildikdən sonra o, "Şəfa"ya maneəsiz keçəcək.
Qeyd edək ki, Premyer Liqaya iddialı olan "Şəfa" I Liqada 30 xalla liderdir.