BAKI, 5 yanvar. TELEQRAF
Qadınlar hərbi təlim keçməli, Ramazan bayramına dövlət bayramı status verilməli, jandarmeriya "xilasedici" adlandırılmalıdır.
Teleqraf xəbər verir ki, bu təkliflər ötən il Türkiyə Böyük Millət Məclisinin Ərizələr Komitəsinə göndərilmiş fərdi müraciətlərin bir hissəsidir.
Türkiyə mediası xəbər verir ki, qanunvericilik ili ərzində komitəyə 29 minə yaxın müraciət daxil olub.
Parlamentə təqdim edilən ərizə və şikayətlərdə "əmək və sosial təminat", "ədliyyə xidmətləri", "təhsil" və "maliyyə əməliyyatları" ilə bağlı mövzular üstünlük təşkil edib.
Müraciətlər arasında müəllimlər üçün 15-20 günlük illik məzuniyyət müddətinin müəyyən edilməsi, açıq universitet imtahanlarında "dörd səhv cavab bir düzgün cavabı ləğv edir" qaydasının ləğvi, televiziyada zorakı, döyüş və münaqişə dolu hadisələrin yayımlanmasının qarşısının alınması da təklifləri də yer alıb.