AZ

Meksika prezidenti ölkədəki zorakılığa görə ABŞ ni günahlandırdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Meksikadakı zorakılıq problemi əsasən ABŞ-dən qanunsuz silah idxalı ilə bağlıdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında bildirib.

"Ortaq məsuliyyət, hörmət və qarşılıqlı etimaddan danışarkən, ölkəmizdə yaşadığımız zorakılığın ABŞ-dən Meksikaya qanunsuz olaraq yüksək kalibrli silah idxalı nəticəsində baş verdiyini açıq şəkildə bildirmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Meksikanın prioriteti zorakılığın azaldılması və öz ərazisində davamlı sülhün qurulmasıdır.

Şeynbaum vurğulayıb ki, Meksika təhlükəsizlik problemlərinin güc tətbiqi ilə deyil, köklü səbəblərin - inkişaf, təhsil və sosial rifahla bağlı çətinliklərin həlli ilə aradan qaldırılmasının tərəfdarıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
oxu.az

1Mənbələr