AZ

ABŞ-nin BMT-dəki nümayəndəsi: Vaşinqton Venesuelaya qarşı müharibə aparmır...

Daimi nümayəndə ABŞ-nin məqsədinin işğal deyil, təhlükəsizlik tədbirləri olduğu vurğulayıb...

ABŞ Venesuelaya qarşı müharibə aparmır və bu ölkəni işğal etmir.

Poliqon xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib.

Amerikalı diplomat bildirib ki, Vaşinqtonun Venesuelada həyata keçirdiyi addımlar müharibə və ya uzunmüddətli hərbi mövcudluq məqsədi daşımır. Onun sözlərinə görə, ABŞ bu ölkəyə qarşı işğal siyasəti yürütmür və baş verən proseslər yanlış şəkildə təqdim olunur. Uolts vurğulayıb ki, ABŞ-ın mövqeyi beynəlxalq təhlükəsizlik maraqları və regional sabitliklə bağlıdır.

Mayk Uolts əlavə edib ki, ABŞ Venesuela xalqına qarşı deyil və ölkənin suverenliyini formal olaraq şübhə altına almaq niyyətində deyil. O, Təhlükəsizlik Şurasının üzvlərini emosional qiymətləndirmələrdən çəkinməyə və vəziyyətə daha praqmatik yanaşmağa çağırıb.

Qeyd edək ki, son günlər Venesuela ətrafında yaranmış gərginlik BMT Təhlükəsizlik Şurasında kəskin müzakirələrə səbəb olub. Rusiya və bir sıra digər ölkələr ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etsələr də, Vaşinqton bu iddiaları rədd edir və öz addımlarını legitim hesab etdiyini bildirir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr