AZ

Tramp və Netanyahu razılaşıb: İranın kitabı bağlandı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İsrail və ABŞ İranın nüvə proqramını yenidən bərpa etməsinə qəti şəkildə imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu Knessetdə çıxışı zamanı ABŞ-a səfərinin və prezident Donald Trampla apardığı danışıqların yekunlarını açıqlayıb. O bildirib ki, Tramp İsrail və ABŞ-ın HƏMAS-ın tərksilah edilməsi və demilitarizasiyası istiqamətində ortaq mövqeyini təsdiqləyib, həmçinin bütün girovların geri qaytarılmasının vacibliyini vurğulayıb.

İran məsələsinə toxunan İsrail baş naziri qeyd edib ki, Vaşinqton və Təl-Əviv bu mövzuda tam koordinasiyalı və sərt mövqe sərgiləyir:

“Trampla razılaşmamız ondan ibarətdir ki, İrana ballistik raketlərin istehsalını bərpa etməyə və xüsusilə də nüvə proqramını yenidən canlandırmağa imkan verilməyəcək. Bu mövqe dəyişməz olaraq qalır”, – deyə Netanyahu bildirib.

Bununla yanaşı, İsrailin baş naziri ABŞ-ın Venesuelada həyata keçirdiyi addımları da tam dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses azadlıq və tərəqqini müdafiə edən ölkələrlə zorakılığa rəvac verən qüvvələr arasında mübarizənin tərkib hissəsidir.

Netanyahu həmçinin vurğulayıb ki, bir çox strateji məsələlərdə onun mövqeyi Trampla üst-üstə düşür:

“Bəzən yanaşmalarda müəyyən fikir ayrılıqları yaranır. Lakin bu fərqlər ciddi deyil və tərəfdaşlıq çərçivəsində həll olunur”, – deyə o əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
globalinfo.az

1Mənbələr