AZ

Nigeriyada bazar faciəsi - Ölkə təlaş içində

Nigeriyanın Niger əyalətində yerləşən Kasuwan-Daji bazarı silahlı hücumun hədəfinə çevrilib. 

"Yeni Sabah" xəbər verir ki, yerli mənbələrin yaydığı xəbərlərə əsasən, insident nəticəsində azı 50 nəfər ölüb, bir neçə sakin naməlum silahlı şəxslər tərəfindən aparılıb. Hadisədən sonra bölgədə matəm mərasimləri keçirilib, yaralananlar isə tibb müəssisələrinə yerləşdirilib.

Ölkə prezidenti Bola Əhməd Tinubu baş verənləri sərt şəkildə pisləyib, hücumu törədənlərin tezliklə aşkarlanaraq məsuliyyətə cəlb olunması barədə göstəriş verib. Dövlət başçısı eyni zamanda təhlükəsizlik orqanlarına qaçırılan şəxslərin azad edilməsi üçün bütün imkanlardan istifadə olunmasını tapşırıb.

Əsmətxanım 


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr