AZ

La Liqanın dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşdi

İspaniyanın La Liqa çempionatında dekabr ayının ən yaxşı baş məşqçisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, mükafat “Espanyol”un baş məşqçisi Manolo Qonsalesə verilib.

Qonsales bu nominasiyada “Barselona”nın alman mütəxəssisi Hans-Diter Fliki və “Selta”nın baş məşqçisi Klaudio Xiraldessi geridə qoyub.

Dekabr ayında Manolo Qonsalesin rəhbərliyi altında “Espanyol” La Liqada üç matç keçirib və hamısında qələbə qazanıb: “Rayo Vallekano”nu 1:0, “Xetafe”ni 1:0 və “Atletik”i 2:1 hesabı ilə məğlub edib.

Hazırda “Espanyol” La Liqa cədvəlində 5-ci pillədə yer alıb. 18 turdan sonra komandanın aktivində 10 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət var.

Seçilən
64
90deqiqe.az

1Mənbələr