AZ

Rusiya ABŞ-ni Maduronu dərhal azad etməyə çağırdı

BAKI, 5 yanvar. TELEQRAF

Rusiya ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib .

“Biz Amerika rəhbərliyini müstəqil dövlətin qanuni seçilmiş prezidentini və həyat yoldaşını dərhal azad etməyə çağırırıq”, - deyə o bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, ABŞ və Venesuela arasında yarana biləcək hər hansı fikir ayrılığı danışıqlar yolu ilə həll edilməlidir.

Seçilən
69
teleqraf.com

1Mənbələr