Kubada iki günlük matəm elan edilib. Metbuat.az xəbər verir ki, matəmin ABŞ hərbi müdaxiləsi zamanı Venesuelada kubalı əsgər və polis məmurlarının xidməti vəzifəsini yerinə yetirərkən ölməsi ilə bağlı elan edildiyini bildirilib. Məlumata görə, Kuba əsgərləri və polisi ABŞ-nin müdaxilə etdiyi gün Maduro hökumətinin tələb etdiyi missiya ilə bağlı Venesuelada olublar. Açıqlamada ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı 32 kubalı əsgər və polis məmurunun xidməti vəzifəsini yerinə yetirərkən öldüyü bildirilir. Kuba rəsmiləri mərhumun ailələrinə başsağlığı veriblər.