GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
BMT-nin Baş katibi Antonio Quterreş Venesuelada baş verən son hadisələrlə bağlı beynəlxalq hüquq prinsiplərinə ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Globalinfo.az xəbər verir ki, onun bəyanatını BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin müavini Rozmari Dikarlo səsləndirib.
“Hazırda qarşılaşdığımız bu qədər mürəkkəb və dolaşıq vəziyyətlərdə prinsiplərə sadiqlik xüsusilə vacibdir,” – deyə Dikarlo bildirib.
Quterreş beynəlxalq sülh və təhlükəsizliyin təminatı üçün BMT Nizamnaməsinə hörmətin, eləcə də dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini xüsusi vurğulayıb.
Baş katib güc tətbiqinin və ya onunla hədələmənin yolverilməz olduğunu qeyd edib:
“Qanunun aliliyi təmin olunmalıdır.Beynəlxalq hüquq artıq narkotiklərin qanunsuz dövriyyəsi, resurslar üzərində mübahisələr və insan hüquqları ilə bağlı problemlərin həlli üçün kifayət qədər mexanizmlərə malikdir”, – BMT baş katibi vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.