BAKI, 5 yanvar. TELEQRAF
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba Prezident Əhməd Şaraaya qarşı sui-qəsd cəhdi iddialarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, sözçü Telegram hesabında yaydığı açıqlamada iddiaların əsassız olduğunu vurğulayb.
Nurəddin əl-Baba iddiaların tamamilə və qəti şəkildə yalan olduğunu bildirib.
O, vətəndaşları və bütün media qurumlarını dəqiqlik və məsuliyyət prinsiplərinə riayət etməyə, xəbərləri yalnız rəsmi və etibarlı mənbələrdən almağa çağırıb.