ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkə büdcəsinə gömrük rüsumlarından daxil olan gəlirlər 600 milyard dollardan çox olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib:
“Biz artıq 600 milyard dollardan çox gömrük rüsumu əldə etmişik və yaxın vaxtlarda daha da çoxunu alacağıq. Amma yalançı media bundan danışmaqdan imtina edir, çünki onlar ölkəmizə nifrət edir, ona hörmət etmirlər və ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı ən mühüm qərarlarından birinə mane olmaq istəyirlər”, — deyə Tramp Truth Social platformasında yazıb.
“Rüsumlar sayəsində ölkəmiz həm maliyyə baxımından, həm də milli təhlükəsizlik sahəsində heç vaxt olmadığı qədər güclü və hörmətli olub”, — deyə o əlavə edib.