Şotlandiyanın “Seltik” klubu baş məşqçi Vilfrid Nansi ilə yolları ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı çalışdırıcı “keltləri” dekabrın əvvəlində baş məşqçi postuna təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 8 matçda 6 məğlubiyyət alıb, o cümlədən əsas rəqibi “Qlazqo Reyncers”ə qarşı ağır uduzub.
Bu nəticələr klub rəhbərliyini mütəxəssislə müqaviləyə xitam verməyə vadar edib.
“Seltik”in rəsmi bəyanatında deyilir: “Klub Vilfridə göstərdiyi səylərə görə təşəkkürünü bildirir və ona və ailəsinə gələcəkdə uğurlar arzulayır”.
Hazırda Şotlandiya Premyer Liqasında 20 turdan sonra “Seltik” 38 xalla ikinci pillədə qərarlaşıb.