Maduronun işinə Trampın “düşməni” baxacaq – hakim 92 yaşlı Elvin Hellerşteyndir.
İnterpress.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Klintonun təyin etdiyi hakim daha əvvəl Trampın deportasiya qərarını ləğv edib.
Məlumata görə, Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə prosesi ABŞ-nin federal hakimi Elvin Hellerşteynə həvalə edilib.
Maraqlıdır ki, bu hakim daha əvvəl Donald Tramp əleyhinə çıxardığı qərarlarla tanınır.
Söhbət 1998-ci ildə ABŞ Prezidenti Bill Klinton tərəfindən təsdiqlənmiş 92 yaşlı federal hakimdən gedir.
Bildirilir ki, 2025-ci ilin yazında Hellerşteyn Tramp administrasiyasına “Düşmən əcnəbilər haqqında” qanunu tətbiq edərək Venesuela vətəndaşlarını deportasiya etməyi qadağan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az