
Almaniya hakimiyyəti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin TASS-a müsahibəsində kansler Fridrix Merzin mümkün oğurlanması ilə bağlı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyib.
«Biz bu cür təhdidləri ən qəti şəkildə qınayırıq», – Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille bildirib. Onun sözlərini Tagesspiegel qəzeti sitat gətirib.
Medvedev agentliklə söhbətində ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatdan sonra kanslerin taleyi barədə danışarkən, «Merzsin oğurlanmasının əla süjet dönüşü ola biləcəyini» istisna etməyib.
Sebastyan Hillenin sözlərinə görə, Almaniya hakimiyyəti təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əsas görmür, çünki kansler Merz etibarlı şəkildə qorunur, onun mühafizəsi isə dünyanın ən yaxşıları sırasındadır.