AZ

Venesueladan sonra növbə Kolumbiyanındır: Donald Tramp mümkün hərbi əməliiyatın anonsunu verdi

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidentini kokain istehsal etməkdə günahlandırıb və ABŞ-ın Venesueladakı kimi ölkədə hərbi əməliyyat keçirməsi ehtimalını istisna etməyib: “Kolumbiya kokain istehsal etməkdən çox xəstədir və onu ABŞ-a satmaqdan zövq alan xəstə bir kişi tərəfindən idarə olunur və o, bunu uzun müddət edə bilməz”, – deyə Amerika prezidenti bildirib. Jurnalistlərin ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyata bənzər şəkildə Kolumbiyada hərbi əməliyyat keçirmək niyyətində olub-olmadığı barədə sualına

Tramp belə bir əməliyyatın “yaxşı səsləndiyini” cavablandırıb.
Qeyd edək ki, 3 yanvarda ABŞ Venesuelanın paytaxtı Karakasa hava hücumları təşkil edərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi əsir götürüb Nyu-Yorka aparıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr