Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yanvarın 5-də Qazaxıstanda zəlzələ baş verib. Yeraltı təkanlar 4,2 bal gücündə olub və Astana vaxtı ilə səhər saat 10:50-də Almatı və Jambıl vilayətləri sərhədində qeydə alınıb.
Episentr Otar kəndindən 30 km şimalda yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
//Samir Qurbanov, Editor.az