AZ

İsrail və Suriya arasında danışıqlar Parisdə keçiriləcək

Bu gün Parisdə İsrail və Suriya arasında yeni təhlükəsizlik sazişi ilə bağlı danışıqlar keçiriləcək.

Editor xəbər verir ki, “Axios”un məlumatına görə, iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında görüş ABŞ-ın tələbi ilə keçirilir və sayca beşinci olacaq. Əvvəlki raund təxminən iki ay əvvəl baş tutub.

Beşinci raundun iki gün davam etməsi gözlənilir: “Bu danışıqların məqsədi Suriyanın cənubunun silahsızlaşdırılması və Əsəd rejiminin süqutundan sonra İsrail qoşunlarının işğal etdikləri Suriya ərazilərindən çıxarılmasıdır.”, – “Axios” bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr