AZ

Körpünün sağında yerləşən qanunsuz parkinq sürücüləri təngə gətirdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 3-cü mikrorayon dairəsi istiqamətində yerləşən körpünün sağ tərəfi parkinq kimi istifadə edilir. Bu da yoldan istifadə edən sürücülərin narazılığına səbəb olur.  Avtosfer.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə gəlib.

Bayram günlərində ölümlə nəticələnən qəzaların səbəbi bilindi - DYP-dən AÇIQLAMA

Bildirilib ki, vəziyyət artıq uzun müddətdir davam etsə də, problemə qarşı hər hansı real tədbir görülmür.

"Ərazidə avtomobillərin yol kənarında nizamsız şəkildə saxlanılması hər səhər ciddi tıxaca səbəb olur. Nəticədə onlarla insan işinə, şagirdlər isə məktəblərinə gecikir. Problem xüsusilə pik saatlarda daha da kəskinləşir və yolun hərəkət zolaqları demək olar ki, tam bağlanır".

Ərazidən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
avtosfer.az

1Mənbələr