Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniyanın baş naziri Keir Starmer Venesuelada demokratiyaya dinc keçid görmək istəyir.
Reyting.az xəbər verir ki, bu barədə baş nazir media əməkdaşları ilə söhbəti zamanı bildirib.
“Venesuelada baş verənlər, şübhəsiz ki, çox vacibdir. Prezident qanunsuz olduğu üçün biz uzun müddətdir ki, demokratiyaya dinc keçidi müdafiə edirik”, - deyə K. Starmer əlavə edib.
Baş nazirin sözlərinə görə, beynəlxalq hüquq ölkənin gələcəyinin əsasını təşkil etməlidir və ABŞ öz hərəkətlərini haqlı çıxarmalıdır.
“Vəziyyət mürəkkəb olaraq qalır. Ən vacib şey sabitlik və demokratiyaya dinc keçiddir”, - Starmer deyib.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.