BMT Baş katibi ABŞ-ı ittiham etdi: Venesuelada beynəlxalq hüquq pozulub
Quterreş ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu və böyük narahatlıq doğurduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatı tənqid edib. O bəyan edib ki, Vaşinqton bu əməliyyatı apararkən beynəlxalq hüquq normalarına riayət etməyib.
Baş katib vurğulayıb ki, hazırda Venesuelanın gələcəyi qeyri-müəyyən olaraq qalır və bu vəziyyət ciddi narahatlıqlara səbəb olur.
BMT Venesueladakı bütün siyasi qüvvələri ölkənin gələcəyini müəyyən etmək naminə “inklüziv demokratik dialoqa” başlamağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az