AZ

Quterreş: ABŞ Venesuelada beynəlxalq hüquq normalarını pozub

Quterreş: ABŞ Venesuelada beynəlxalq hüquq normalarını pozub

ABŞ Venesuelada həyata keçirdiyi əməliyyat zamanı beynəlxalq hüquq normalarına əməl etməyib.

Bunu BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının iclasında bildirib.

«Mən daim hamı tərəfindən beynəlxalq hüquqa, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin qorunmasının əsasını təşkil edən BMT Nizamnaməsinə tam hörmət edilməsinin vacibliyini vurğulamışam. Yanvarın 3-də aparılan hərbi əməliyyatlar zamanı beynəlxalq hüquq normalarına əməl olunmamasından hələ də dərin narahatlıq keçirirəm», – Quterreş deyib.

O, həmçinin qeyd edib ki, ABŞ əməliyyatından sonra Venesuelanın gələcəyi qeyri-müəyyən olaraq qalır və ciddi narahatlıq doğurur.

Seçilən
17
afn.az

1Mənbələr