Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, ölkə Venesuelada sülh yolu ilə demokratiyaya keçidi dəstəkləyir.
"Far.Az"un məlumatına görə, bu barədə BBC xəbər verir.
"Venesuelada baş verənlər, şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir. Biz çoxdan sülh yolu ilə demokratiyaya keçidi müdafiə edirik, çünki prezident legitim deyildi", – deyə o, jurnalistlərə bildirib.
Starmer vurğulayıb ki, beynəlxalq hüquq ölkənin gələcəyinin əsası olmalıdır və ABŞ öz hərəkətlərinin səbəblərini izah etməlidir. Baş nazir əlavə edib ki, vəziyyət mürəkkəb olaraq qalır və əsas prioritet sabitlik və sülh yolu ilə demokratik prosesin təmin edilməsidir.