
Venesuela Prezidenti Nikolas Maduronun saxlanıldığı zaman üzərində olduğu Nike Tech Fleece idman kostyumunun satışları kəskin şəkildə artıb.
Bu barədə Fortune jurnalı məlumat yayıb.
«Onlar bunu “Maduro grey” adlandırırlar», – nəşrin sitat gətirdiyi sosial şəbəkə istifadəçilərindən biri yazıb.
USS Iwo Jima gəmisində boz idman geyimində olan Maduronun şəkli internetdə bir anda yayılıb və yüksək baxış sayına çatıb. Sosial media istifadəçiləri məhsulun satış səhifəsinə girişin kəskin artdığını qeyd ediblər. Bəzi istifadəçilərin isə zarafatla bu kostyumu Hellouin üçün ideal seçim və ya «narkobaronun idman kostyumu» adlandırdığı bildirilib.
İkinci əl bazarında kostyumun qiyməti 180 dollardan 500–1000 dollara qədər yüksəlib. Əksər ölçülər Nike-in rəsmi saytında satılıb, yalnız XS, S və XL ölçülərinin qaldığı qeyd olunub.
Qeyd edək ki, İspaniyanın “Mallorca” komandasının oyunçuları da oxşar geyimlərdə matça çıxıblar ki, bu da dəstək jesti kimi qəbul edilib.