“Global Sumud” flotiliyası yenidən Qəzzaya yola düşür.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, “Global Sumud” beynəlxalq flotiliyası yaz aylarında yenidən Qəzza zolağına yollanmağı planlaşdırır. Buna səbəb anklavda atəşkəs şərtlərinə əməl olunmaması və əhalinin humanitar ehtiyaclarının hələ də ödənilməməsidir.
Bu barədə flotiliyanın Türkiyə nümayəndə heyətinin koordinatoru Hüseyn Durmaz danışıb.
“Yaz aylarında Qəzzaya yardım çatdırmaq üçün çoxsaylı yeni təşəbbüslər və böyük koalisiyalar formalaşacaq. Bu vəziyyət atəşkəsə riayət olunmadığı və Qəzza əhalisinin humanitar yardıma olan tələbatının ödənilmədiyi üçün yaranıb”, – Durmaz bildirib.
Xuraman Etibarlı
İnterpress.az