AZ

"Beşiktaş" "Çelsi"yə transfer təklifi yollayıb

"Beşiktaş" klubu "Çelsi"nin oyunçusuna transfer təklifi yollamaq niyyətindədir.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu İngiltərə təmsilçisinin ehtiyat qapıçısı Filip Yörgensenə elçi düşüb.

"Beşiktaş" danimarkalı qolkiperi 1.5 illik icarəyə götürmək üçün təklif yollayıb. London klubu isə bu təklifə hələ cavab verməyib.

Qeyd edək ki, Filip Yörgensen 2024-cü ilin yayında "Vilyarreal"dan "Çelsi"yə transfer olunub.

Seçilən
81
4
moderator.az

5Mənbələr