ABŞ-ın vitse-prezidenti J.D.Vensin evinin pəncərələrinin şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.
Publika.az "CNN"ə istinadən xəbər verir ki, hadisə yanvarın 5-nə keçən gecə Vensin Ohayo ştatındakı evində baş verib.
Hadisə zamanı siyasətçi və ailəsi evdə olmayıb.
Hadisəni törətdiyi təxmin edilən şübhəli şəxs - 26 yaşlı Uilyam Defur saxlanılıb. O, vandalizm, əmlakı qəsdən zədələmə, özgə əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.