AZ

Prezident olmaq fikrinə düşüb

Serxio Ramos “Sevilya”ya qayıtmaq niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, 39 yaşlı futbolçu klubu satın almaq istəyən sərmayədarlar qrupuna rəhbərlik edir. Ramos “Sevilya”nın indiyədək aldığı ən yüksək maliyyə təklifini irəli sürüb. Razılaşma baş tutacağı halda Ramos “Sevilya”nın prezidenti ola bilər.

Dünya çempionunun sonuncu klubu “Monterrey” olub. O, Meksika klubundan ötən ilin dekabr ayının əvvəlində ayrılıb. Bir müddət əvvəl Ramosun futbolçu karyerasını davam etdirə biləcəyi də bildirilirdi. “Nitsa”nın onunla maraqlanması haqda xəbərlər yayılsa da, hələlik bu planda konkret addım atılmayıb.

Seçilən
92
1
football-plus.az

2Mənbələr