Bakı. Trend:
Venesuelada baş verən proseslər müasir beynəlxalqmünasibətlər sisteminin mahiyyətini bir daha açıq şəkildə ortayaqoydu. Bu gün dünyada hadisələrin gedişini beynəlxalq hüquq yox,güc amili müəyyən edir.
Prezident İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günümünasibətilə Azərbaycan Ordusunun rəhbər heyəti ilə görüşdəbeynəlxalq münasibətlər sisteminin əsas problemini çox açıq şəkildəifadə etmişdi: beynəlxalq hüquq formal olaraq mövcuddur, lakin onunişlək və məcburedici icra mexanizmi yoxdur.
Prezident İlham Əliyevin "Biz gördük ki, beynəlxalq hüquqnormaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədərolmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymayabilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili önplana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu özçıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güchesabına öz həllini tapacaq" fikri müasir dünya nizamınınmahiyyətini dəqiq təsvir edir.
Prezident İlham Əliyevin vurğuladığı “Bu gün artıq dəyişəndünyada güc amili ön plana çıxıb” prinsipinin analizi isə çoxmühümdür. Burada güc anlayışı yalnız hərbi potensiallaməhdudlaşmır. O, həm iqtisadi dayaqları, həm siyasi nüfuzu, həm dəbeynəlxalq arenada diplomatik təsir imkanlarını əhatə edir. Bubaxımdan Prezident İlham Əliyevin fikri həm strateji, həm dəpraktiki reallığı əks etdirir. Dövlət yalnız güclü olduğu halda özhüquqlarını qoruya və beynəlxalq təzyiqlərə müqavimət göstərəbilər.
Bu yanaşma təsadüfi və emosional deyil, beynəlxalq təcrübəyə vəqlobal proseslərin analizinə söykənir. Prezident İlham Əliyev həminçıxışında açıq mesaj verirdi ki, belə bir dünyada dövlətlərintaleyi yalnız hüquqi arqumentlərdən asılı ola bilməz. Əgər ölkə özsuverenliyini, milli maraqlarını və təhlükəsizliyini qorumaqistəyirsə, mütləq şəkildə iqtisadi, siyasi və hərbi baxımdan güclüolmalıdır. Bu fikir Azərbaycanın uzunmüddətli strateji siyasətininideoloji əsasını təşkil edir və ölkənin həm regional, həm də qlobalmövqeyini möhkəmləndirmək məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin Yeni il müraciətlərində də bu xəttardıcıl şəkildə davam etdirilib. Dövlət başçısı dəfələrləvurğulayıb ki, beynəlxalq aləmdə sabitlik pozulub, beynəlxalq hüquqnormaları tez-tez pozulur və ikili standartlar geniş yayılıb. Beləşəraitdə yalnız güclü dövlətlər öz mövqelərini qoruya, təzyiqlərədavam gətirə və beynəlxalq arenada müstəqil siyasət yürüdəbilirlər. Bu isə Prezident İlham Əliyevin 2021-ci ildəsəsləndirdiyi fikirlərin sadəcə həmin dövr üçün deyil, uzunmüddətlistrateji baxış olduğunu göstərir.
Venesuela hadisələri fonunda bəzi Avropa ölkələrinin mövqeyi isəPrezident İlham Əliyevin dediklərini praktikada bir dahatəsdiqləyir. Prinsiplərdən danışan bu ölkələr konkret vəziyyətdəehtiyatlı, ziddiyyətli və bəzən açıq riyakar mövqe tuturlar. Bununəsas səbəbi isə Amerika faktorudur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət yalnız güclüolduğu halda öz hüquqlarını qoruya, suverenliyini müdafiə edə vəbeynəlxalq arenada maraqlarını təmin edə bilər. Bu yanaşmaAzərbaycan üçün həm strateji, həm də praktik əhəmiyyət daşıyan birprinsipdir və dövlət siyasətinin bütün sahələrində - iqtisadi,siyasi və hərbi sahələrdə güc amilini əsas prioritet kimi müəyyənedir.