AZ

Avropa Komissiyası: Venesuela venesuelalılar tərəfindən idarə olunmalıdır



Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Paula Pinho ABŞ prezidenti Donald Trampın Venesuelanın ABŞ tərəfindən idarə olunacağı ilə bağlı açıqlamasına reaksiya verərək, ölkənin venesuelalılar tərəfindən idarə olunmalı olduğunu bildirib.Pinho Brüsseldə keçirilən gündəlik mətbuat brifinqində jurnalistlərin ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı suallarını cavablandırıb.
ABŞ hərbi müdaxiləsi nəticəsində saxlanılan Venesuela prezidenti Nikolas Maduronun Aİ tərəfindən qanuni lider kimi tanınmadığını xatırladan Pinho, Vaşinqtonun Venesuelaya hərbi müdaxiləsinin "Venesuela xalqının rəhbərlik etdiyi demokratik keçid üçün bir fürsət yaratdığını" bildirdi.
Trampın ABŞ-ın Venesuelanı idarə edəcəyi ilə bağlı açıqlamasına reaksiya verən Pinho, ölkəni venesuelalıların idarə etməli olduğunu söylədi.

Aİ-nin Vaşinqtonun Venesueladakı hərəkətlərini necə təyin etməsi ilə bağlı suala cavab olaraq Pinho dedi: "Hələlik buna necə ad vermək barədə müzakirə aparmamışıq. Düşünmürəm ki, bu, ən vacib məqamdır. Dediyim kimi, bu hadisələr Venesuelada demokratik keçid və Venesuela xalqının rəhbərlik etdiyi keçid üçün fürsət yaradır."

Gələcək addımlar Venesuela müxalifət liderlərini "daxil etməlidir".

Aİ Komissiyasının sözçüsü Anitta Hipper, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin beynəlxalq hüququ pozub-pozmadığı soruşulduqda, hüquqi nəticələri araşdırmaq və qiymətləndirmək üçün hələ tez olduğunu söylədi.

Aİ üçün Venesuelada qanuni hökumətin kim olduğu sualına gəldikdə, Hipper, 2024-cü il seçkilərində Maduroya qarşı mübarizə aparan Venesuela müxalifət lideri Maria Corina Machado və müxalifət namizədi Edmundo Gonzalezdən bəhs edərək, ölkədəki gələcək addımların bu iki fiquru "daxil etməli" olduğunu bildirdi.

AB-nin müvəqqəti prezident təyin olunmuş Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ilə işləyib-işləməyəcəyi ilə bağlı suala cavab olaraq Hipper dedi: "Kimin legitimliyinə hörmət etdiyimiz və bu, demokratik yolla seçilənlərin legitimliyi ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik".

aia.az
Tərcümə şöbəsi



Seçilən
26
aia.az

1Mənbələr