Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İki nəfərlik ailə üçün ayda 10 kiloqram ət istehlakı real və mümkündür, lakin bu, qidalanma vərdişlərindən və porsiya ölçülərindən birbaşa asılıdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında dietoloq Lətifə Əzimova deyib. O bildirib ki, orta hesabla bir insanın gündəlik sağlam ət porsiyası 100–150 qram hesab olunur:“Bu göstəricini əsas götürsək, iki nəfər üçün gündəlik 200–300 qram ət deməkdir ki, ay ərzində bu, təxminən 6–9 kiloqram aralığında olur. Yəni 10 kiloqram artıq norma deyil, lakin həddindən artıq da sayılmır. Ancaq burada vacib məqam ondan ibarətdir ki, ətin hər gün və hansı formada istehlak olunmasıdır. Qırmızı ətin tez-tez və çox miqdarda qəbulu ürək-damar və həzm sistemi problemləri riskini artıra bilər. Sağlam qidalanma baxımından həftə ərzində qırmızı ət 2–3 dəfə, digər günlərdə isə balıq, toyuq, paxlalılar və yumurta ilə balans yaradılması tövsiyə olunur”.Xatırladaq ki, Əməkdar artist Sevinc Sarıyeva 2 nəfərlik ailə üçün hər ay 10 kiloqram ət adığını deyib. Bu cəmiyyət arasında birmənalı qarşılanmayıb.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.