AZ

Bakıda 12 km məsafəyə qaçış yarışı təşkil olunacaq

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası (AAF) və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə qaçış yarışı keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarış "Bakı - Dünya İdman Paytaxtı" tədbirləri çərçivəsində baş tutacaq.

Veteranlar arasında dünya və Avropa çempionu Tarverdi Əliyevin 87-ci doğum gününə həsr olunacaq marafon 12 km məsafəni əhatə edəcək. Böyükşor Ekoloji Parkında keçiriləcək yarışda çempion özü də mübarizə aparacaq.

40, 50 və 60 yaşdan yuxarı marafonçuların iştirak edəcəyi turnirdə ilk 3 yeri tutanlara pul mükafatları, hədiyyələr, medal və sertifikatlar təqdim olunacaq.

Seçilən
79
fanat.az

1Mənbələr